Həftə sonu “Bornmut” Mikel Artetanın məğlubiyyətsizlik seriyasını qıra bildi… “Topçular”ın motivasiyasını anlamaq olar – “Bornmut” məğlubiyyətini doğma publika önündə unutdurmaq. Məncə əlçatmaz tapşırıq deyil, çünki rəqib zəifdir…
“Şaxztyor” ÇL klubları arasında qapıya ən az zərbə endirən komandadır. Üstəlik, Donetsk təmsilçisinin ÇL-dəki bu mövsümdə cəmi 1 dəqiq çərçivəyə zərbəsi var…
“Arsenal”ın həftə sonu “Liverpul” ilə çətin oyunu var. Təbii ki, bu amili də unutmaq olmaz. Lakin “Bornmut” məğlubiyyətinə görə Artetanın yetirmələrinin publikaya bir üzr borcu var… Üstəlik, “Şaxtyor” da sərt rəqib deyil… Publikaya hesablanmış oyun gözləmək haqqımızdır…
Hesab proqnozu: 3:0







