Sent Ceyms Parkda keçirilən oyun olduqca maraqlı olmalıdır. Hər iki rəqib yaxşı formadadır. “Çelsi” ardıcıl qələbələri sıralayır və 3 oyundur qol buraxmır. “Zadəganlar”ın hücumdakı performansı göz qamaşdırır: Enso Mareskanın yetirmələri vurulan qolların sayına görə, yalnız “Mançester Siti”yə uduzur.
“Brayton” mövsümə əla başladı: əvvəlcə “Mançester Yunayted”i evə əliboş göndərdi, ardınca “Arsenal”la səfərdə xal qopardı. Bir anlıq özünü turnir cədvəlinin yuxarısında görən “qağayı”lar ardınca “İpsviç” və “Vulverhempton” ilə oyunda xal itirdi. Lakin komandanın hücum xətti böyük ümidlər bəxş edir…
Düşünürəm ki, bizi bol qollu qarşılaşma gözləyir… Lakin üstünlüyü ev sahibinə verəcəm.
Hesab proqnozu: 3:2







