İngiltərə və İtaliyanın son çempionları bugünkü görüşə müxtəlif formada yaxınlaşır. “Şəhərlilər” mövsümə ideal start götürdü və bunun nəticəsi olaraq, daxili çempionatda itkisiz irəliləyirlər. Pep Qvardiolanın yetirmələri arasında da ciddi itki yoxdur. Maraqlı məqam: “Mançester Siti” evində 46 oyundur uduzmur və bütün turnirlər daxil olmaqla 39 qələbə ilə yoluna davam edirlər.
“İnter” isə Seriya A-ya çempiona layiq olmayan şəkildə başladı. Milan təmsilçisi arxada qoyduğumuz oyunların yarısında xal itkisinə məruz qaldı və xüsusi diqqət çəkən məqam odur ki, bu xal itkiləri səfər oyunlarında baş verdi.
Təbii ki, “Inter”in əsas məqsədi Erlinq Haalandı durdurmaq olacaq. Çünki norveçli qol maşını İngiltərə Preemyer Liqasında artıq 9 qol vurub və məhsuldarlıq baxımından oyunçularla yox, bəzi klublarla yarışır.
M. Sitinin əvvəlki oyunununa nəzər salsaq, görərik ki, fikri “Inter” ilə matçda idi… Ona görə, “şəhərlilər”dən qollu qələbə gözləyirik.
Hesab proqnozu: 2:0



