Günün maraqla gözlənilən qarşılaşması Qadınlar üzrə Çempionlar Liqasının qrup mərhələsi çərivəsində baş tutacaq. “Etihad Stadium”da yerli “Mançester Siti” (Q) mövsümə fırtına kimi start götürən “Barselona”nı qəbul edir.
ÇL-in son qalibi “Barselona” mövsümə bundan yaxşı başlaya bilməzdi… Ardıcıl qələbələrini sıralayan katalonlar son 5 oyunda 25 qol vurub, o cümlədən “Madrid CFF” qapısından 8, “Qranada”nın qapısından isə 10 top keçirib. Aleksia Putellas və Eva Payor fantastik formadadılar…
“Mançester Siti” də az aşın duzu deyil… Mövsümə inamlı başlayan “mavi”lər PSJ-nin qapısından 8 cavabsız top keçirə bilib. Bu arada “şəhərlilər” son 5 görüşdən 4-də qapısını toxunulmaz saxlaya bilib və bu, komandanın müdafiəyə yetirdiyi diqqətdən irəli gəlir. Bəs “Barselona”nın olduqca məhsuldar hücum xəttinə qarşı nə qədər tab gətirə biləcəklər?
“Barselona”nın bir baş üstün olduğu qarşılaşmadan azı 3, hətta 4 qolun çıxacağına inanmaq istəyirəm.
Hesab proqnozu: 1:3







